Xameneinin oğlu Ali Lider SEÇİLDİ - YENİLƏMNİB
Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.
Adalet.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.
Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.
Mustafa Xamenei 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. İranın sabiq Ali Rəhbəri Əli Xameneinin ikinci övladıdır.
İlahiyyat təhsili alıb, Qumdakı dini mərkəzdə dərs deyib.
***
8 mart, saat 22:40
İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.
Eşkevari bildirib ki, Xameneinin adı davam edəcək.
“Səsvermə başa çatıb və tezliklə elan ediləcək”, - deyə o əlavə edib.
Ekspertlər Şurasının katibi Hüseyni Buşehri də məlumatı təsdiq edib.
Qeyd edək ki, İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı Ancaq onun kimliyi barədə məlumat verilməmişdi.


Bakı -°C

