Bu gün 17679 şagird buraxılış imtahanı verəcək
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə respublikanın 16 şəhər və rayonunda buraxılış imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
İmtahanlar Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində keçirilir.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
İmtahanda 17679 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1712 nəzarətçi–müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi ayrılıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

