Bu gün əsl yay havası olacaq -PROQNOZ

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23 isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Digər Xəbərlər

“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri LƏĞV EDİLDİ

Prezidentin fərdi təqaüdünün məbləği 1700 manat oldu

Fəxri adlara görə təqaüdün məbləği artırılır

Dəfn pulu 600 manat olacaq - Bu tarixdən

Uşağın anadan olmasına görə nə qədər müavinət veriləcək?

Şəhid ailələri üçün Prezident təqaüdünün məbləği artırıldı

Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
