Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.
Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.
Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.
Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.
Digər Xəbərlər

İş yerlərini dəyişmək istəyən müəllimlərin nəzərinə!

Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlanılır

Regional kollecdə YENİ TƏYİNATLAR

"Hay"laşdılmış xristian Qıpçaq-ƏRmən tarixi: Bağrevənd döyüşü-1250

Nazirlik rəsmisi: Bölgələrdə əlavə tibbi kolleclərin açılması üçün təhlillər aparılacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı VACİB XƏBƏR

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq
