Ceyhun Bayramovla Stiven Dauti arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.
Bu barədə Adalet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb.
Azərbaycan XİN rəhbəri Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran əsas maneələrdən bəhs edib. Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarından imtina edilməsinin Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Mehriban Vəliyeva: “Məsud Pezeşkianın səfəri İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb

Kəmaləddin Heydərov İordaniyaya səfər etdi - VİDEO

Siyasi partiyalar azad Laçında - YENİLƏNİB + FOTOLAR

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

XİN: Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik

Dünya böyük savaşın ASTANASINDA – Səxavət Məmməd yazır
