adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2022 16:57
534
GÜNDƏM

Bu günün təbii mənzərəsi: İraqda fırtına, Hindistanda sel, İranda çirkli hava, Bakıda ilanlar...

Dünya siyasi, iqtisadi, kriminal hadisələrin ağuşunda çırpınırkən, inqilablar, münaqişələr, mitinqlər, müharibələr, miqrant köçləri, qətllər, intiharlar, orqan mafiyaları, insan alveri, narkotik ticarəti artdıqca insan həyatı, yaşam tərzi ağır dərəcədə təsirlənir. Bu çətinliklərə bir də təbiətin şıltaqlıqlarını əlavə edək. Doğrudan da “insanın taleyi bir tükdən asılıdır” demədən olmur.

Bu gün müxtəlif ölkələrdə baş verən təbii fəlakətlərin bir neçəsini Adalet.az sizə təqdim edir.

1.İraq Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, İraqda güclü qum fırtınası səbəbindən 4 min adam boğulma təhlükəsi ilə xəstəxanalara aparılıb. Həmçinin güclü qum fırtınaları səbəbindən Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşların müvəqqəti dayandırıldığı qeyd edilib.Səhiyyə Nazirliyinin sözçüsü Seyf Bədir bildirib ki, qum fırtınası səbəbi ilə boğulma təhlükəsi ilə üzləşən 2 min nəfər xəstəxanalara aparılıb və vətəndaşlara çölə çıxmamaq barədə xəbərdarlıq edib.

2.Tehran merinin müavini Abid Mələki şəhərdə havanın çirklənmə səviyyəsi və görülən tədbirlərlə bağlı açıqlama yayıb..O bildirib ki, İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən bütün məktəblər, universitetlər və dövlət müəssisələri bağlanıb. Meleki, “Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Komitə son dərəcə antisanitar vəziyyətə görə toplandı. Çərşənbə axşamı havanın çirklənməsi daha da güclənəcək. Buna görə də Tehranda bütün yaş qrupları üçün bütün qurumların, universitetlərin və məktəblərin bağlanması qərara alınıb”.

3.Hindistanın şimal-şərq bölgəsində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 8 nəfər həyatını itirib. Hərbçilər xilasetmə işlərinə kömək etmək üçün hadisə yerinə helikopterlər cəlb ediblər.

Həmçinin Arunaçal-Pradeş ştatında da güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.

Hindistan Meterologiya Departamenti yaxın 4 gün ərzində bölgədə çox güclü yağışların davam edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycandan da yan keçməyib. İlanlar Bakı bulvarınızəbt edib.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyevabu gündən Dənizkənarı Milli Park ərazisində ilanlara qarşı xüsusi tədbirlər görüləcəyini vurğulayıb:” Bulvar ərazisində dərmanlama prosesləri mütəmadi aparılır, ancaq hava şəraiti ilə əlaqədar bu iş ləngiyib”

Əntiqə Rəşid