29 Dekabr 2024 13:43
346
ELM VƏ TƏHSİL

Bu il paytaxtda neçə şagirdin yerdəyişməsi aparılıb?

Təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 170 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2024-cü ilin yekunlarına dair hesabatında bildirilir.

Məlumata görə, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.