Erməni terrorçu Armen Sarkisyanı erməni qatil öldürüb - "Mash" TV
Xəbər verdiyimiz kimi, dünən - fevralın 3-də Moskvanın şimal-qərbində yerləşən “Qırmızı yelkənlər” yaşayış kompleksində qumbaraatanın partlaması nəticəsində Qondarma “DXR"in (Donetsk Xalq Respublikası) Boks Federasiyasının rəhbəri, “ArBat” batalyonunun yaradıcısı, Ukrayna tərəfindən axtarışa verilən terrorçu Armen Sarkisyan öldü.
Adalet.az xəbər verir ki, terrorçunun qatili təxminən 45 yaşlı Ermənistan vətəndaşıdır. Qısa qara saçları, qəhvəyi gözləri və ayağında qılınc döyməsi var idi. Qara paltar geyinmişdi.
Məlumatı Mash Telegram kanalı paylaşıb.
Xatırladaq ki, "Arbat” batalyonu erməni muzdlularından təşkil olunaraq, Ukraynaya qarşı döyüşə 2022-ci ildə cəlb olunub.
Qeyd edək ki, partlayış zamanı həmçinin Ukraynanın “Mirotvorets” məlumat bazasında olan Krım "Daxili İşlər Nazirliyinin" 49 yaşlı polkovnik-leytenantı Oleq Kaspiroviç də yaralanıb. O, Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun xəstəxanasına yerləşdirilib. Digər zərərçəkən isə 44 yaşlı Darya Karseladzedir. O, boynundan və ayaqlarından xəsarət alıb və huşunu itirib, danışa bilmir. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.
Əntiqə Rəşid