Bu kolleclərə direktor təyin edildi
Bir neçə kollecə təyinat olub.
Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Rövşən Qurbanov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “Filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi)” ixtisası üzrə, magistratura təhsilini isə “Dilşünaslıq (Azərbaycan dili)” ixtisası üzrə alıb. R.Qurbanov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. R.Qurbanov müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.
Sevda Həsənova ali təhsilini Mingəçevir Politexnik İnstitutunun “Toxuculuq və yüngül sənaye iqtisadiyyatı və idarəetməsi” ixtisası üzrə başa vurub. Daha sonra Bakı Avrasiya Universitetinin doktoranturasına qəbul olmuş, dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Pedaqoji fəaliyyətinə Gədəbəy rayonu Daşbulaq tam orta məktəbində başlayan S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.
Dürrə Hacıyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə, magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Strasklayd Universitetində “Təhsil tədqiqatları və təşkilati inkişaf” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. O, müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub. Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - VİDEO
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55


Bakı -°C

