Bu küçədə velosiped zolağı salınır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
AYNA-dan Adalet.az-a bildirilib ki, bu zolaq şəhərin mərkəzini “Xətai” metrostansiyası, Xocalı prospekti, Fəzail Bayramov, Həmid Abbasbəyli, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri ilə əlaqələndirəcək.
Hazırda zolağın uzunluğu 430 metrə yaxındır. Görülən işlər çərçivəsində velosiped zolağı Həmid Abbasbəyli küçəsinədək (“Sevirəm” parkının yanı) uzanacaq və təxminən 850 metr təşkil edəcək.
Qeyd edək ki, Xocalı prospekti, “Sevirəm” parkı və 28 May küçəsini əlaqələndirən mikromobillik vasitələri üçün yeni zolaq Yusif Səfərov küçəsində şəbəkənin ən vacib hissələrindən biridir.
Digər Xəbərlər

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Paytaxtın bəzi yollarında işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib

Hazırda Bakı yolları - SİYAHI

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir

Bu avtobuslar 5 ay sonra fəaliyyətini bərpa edir

Bu yollarda sıxlıq var - SİYAHI
