adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 09:43
70
GÜNDƏM
A- A+

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.

Adalet.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.