Bu məktəb direktorları işdən çıxarıldı

Üç məktəb direktoru vəzifəsindən azad edilib.
Adalet.az xəbər verir ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Qeyd edək ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.
Digər Xəbərlər

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTOLAR

5-ci qrup üzrə plan yerlərinin sayı məlum oldu

"Orta statistik şagirdin topladığı bal 132.33 olub" - DİM sədri

İmtahana gizli telefon keçirmək istəyənlərə XƏBƏRDARLIQ EDİLDİ

Qarabağ Universitetində qəbul planı artırılıb

130 mindən çox abituriyent universitetə qəbul üçün qeydiyyatdan keçib

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib
