BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib
Mühəndislik Universitetində (BMU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ilə birlikdə müzakirə formatında görüş təşkil edilib.
İlk olaraq çıxış edən rektor Yaqub Piriyev görüşün BMU ilə ATİAHİ arasında əlaqələrin gücləndirilməsi, münasibətlərin daha səmərəli əməkdaşlıq əsasında tənzimlənməsi istiqamətində atılan növbəti addımlardan biri olduğunu vurğulayıb. Rektor ATİAHİ-nin son dövrlərdə həyata keçirdiyi tədbirlərə toxunub və təhsil işçilərinin hüquqlarının qorunması, sosial-bərabərlik, ədalət prinsipinə riayət olunması baxımından fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ATİAHİ Respublika Komitəsinin dövlətin gənclər siyasətinə fəal dəstəyini ayrıca qeyd edən rektor onların sosial müdafiəsinin gücləndirilməsi, potensiallarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif tədbirləri sadalayıb. Belə layihələrdən biri kimi “Adlı təqaüd”ə layiq görülən tələbələrin sayının cari tədris ilində əhəmiyyətli şəkildə artırılmasına diqqət çəkən Yaqub Piriyev, eyni zamanda bu gənclər arasında BMU tələbələrinin də olduğunu və layihənin onlara stimul verdiyini fikirlərinə əlavə edib.
Sonra ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək son dövrlər universitetlə həmkarlar ittifaqı arasında əməkdaşlığın daha koordinasiyalı, təşkilatlanmış və faydalı şəkildə inkişaf etdirildiyini bildirib. Bugünkü görüşün də əsas məqsədinin həm ittifaq tərəfindən həyata keçirilən yenilikləri açıqlamaq, həm də pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirmək olduğunu deyən komitə sədri gerçəkləşdirilən tədbirlərlə bağlı geniş məlumat verib. Həmçinin sağlamlıq və istirahət məkanlarına göndərişlərlə bağlı yenilikləri, qurumun nəzdində olan istirahət mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, elektonlaşma və s. istiqamətlərdə atılan addımları, gələcəkdə icrası planlaşdırılan layihələri diqqətə çatdırıb.
Müzakirələrlə davam edən görüş zamanı iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Digər Xəbərlər
10 Aprel 2026 12:05
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
10 Aprel 2026 11:27
Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək
10 Aprel 2026 11:11
"Artıq bu dəyişikliklərin nəticələrini görürük" - Emin Əmrullayev
10 Aprel 2026 10:40
"DİM etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurub" - Məleykə Abbaszadə
09 Aprel 2026 11:17
İki kollecdə yeni təyinatlar
07 Aprel 2026 15:57
Övladı 1-ci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
07 Aprel 2026 11:48
Azərbaycan Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunur
06 Aprel 2026 19:30


Bakı -°C

