adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 15:47
66
HADİSƏ
A- A+

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var 

Bakıda yerləşən Milli Onkologiya Mərkəzində partlayış hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə mərkəzin Şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində qeydə alınıb. Partlayış zamanı xəstə Mübariz Əliyev hadisə yerində həyatını itirib.

Hadisə nəticəsində həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb və təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir./Oxu.az