29 Avqust 2024 11:34
274
TEXNOLOGİYA

Bu müsəlman ölkəsi Teleqramı bağlayır

İndoneziya pornoqrafiyanın yayılması və onlayn qumar oyunlarının təbliği ilə əlaqədar Teleqram və “Biqo Liv” yayım proqramını ölkədə bloklamağı planlaşdırır.

Adalet.az xəbər verir ki, bu barədə ölkənin kommunikasiya və informasiya naziri Buri Ari Setiadi deyib.

Onun sözlərinə görə, hər iki platformaya ciddi xəbərdarlıq edilib. Lakin onların cavabı qeyri-kafi olub:

“Komandamız tərəfindən toplanmış sübutlar əsasında hərəkət edirik. Pornoqrafiya və ya qumar reklamı ilə bağlı dəlillər tapsaq, platformaları bloklayacağıq”.