"Bu nəticədən dərs çıxarmalıyıq" - Fernandu Santuş 6 qolla uduzduğumuz matçdan danışdı

"Məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına 0:6 hesabı ilə məğlub olduqları VI tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, erkən qollar buraxmalarının komandaya mənfi təsir etdiyini bildirib:
"Rəqibin təhlükəli hücumçularına qarşı ciddi hazırlaşmışdıq. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Hücumda iki sürətli futbolçuya şans vermişdik. Bu nəticədən dərs çıxarmalıyıq. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram".
Digər Xəbərlər

DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub

"Formula 1" Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb

Onlar DÇ-2026-da iştirak edəcəklər

Messi daha bir rekorda şərik oldu

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

DÇ-2026-nın seçmə mərhələsi: Millimiz İslandiyanın qonağı olacaq

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
