adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 18:11
78
DÜNYA
A- A+

Bu ölkə Hörmüz boğazına donanma göndərir

Hindistan təhlükəsizliyi təmin etmək üçün hərbi gəmilərini Hörmüz boğazına göndərib.

Adalet.az xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

"Hindistan Hərbi Dəniz Qüvvələri ehtiyat tədbiri olaraq əraziyə logistika gəmiləri də daxil olmaqla, hərbi gəmi göndərir", - deyə məlumatda qeyd olunub. 

Donanmanın Hörmüz boğazına göndərilməyəcəyi, biraz şərqdə yerləşdiriləcəyi dəqiqləşdirilir. İranın həmçinin Hindistan neft tankerlərinin Fars körfəzindən Oman dənizinə çıxmasına icazə verəcəyinə ümid edilir.