adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 18:20
84
DÜNYA
A- A+

İranın Azərbaycandakı səfirinin evi vuruldu

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun valideynlərinin yaşadığı ev bombalanıb.

Adalet.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a müsahibəsində səfir özü məlumat verib.

O bildirib ki, ata və anasının Tehranda yaşadıqları ev raketlə vurulub:

“Allaha şükür ki, həmin vaxt onlar evdə olmayıblar, amma evə xəsarət dəyib”.

Səfir həmçinin bir neçə qohumunun müharibədə həlak olduğu və yaralandığını da deyib.