Bu ölkədə papaq və maska taxmaq qadağan olundu
Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib.
Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada, cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadənin qadağan edildiyini açıqladı. Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.
Yaşlıların taxdıqları təkkəyə bənzər papaqlar qadağadan azad edilib.
Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan bomba hücumlarına qarşı alınan yeni tədbirlərdən bəziləri olub.
Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırdıqca, təşkilat müxtəlif şəhərlərdə hücumlarını artırıb.
Emin