Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
Əqli Mülkiyyət Agentliyi bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusu ləğv ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu prosesin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Qeyd edək ki, Sərəncam sentyabrın 1-dən qüvvəyə minib.
Digər Xəbərlər
03 Sentyabr 2026 15:06
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - VİDEO
03 Sentyabr 2026 12:19
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
03 Sentyabr 2026 10:23
İslam hüququna görə ateisti döyməyin cəzası nədir? – İlahiyyatçı açıqladı
02 Sentyabr 2026 17:47
Səfirlik Şəkidə dağda xəsarət alan niderlandlıya yardıma görə təşəkkür etdi
02 Sentyabr 2026 16:05
Tbilisiyə saxta bilet satışı ilə bağlı ADY-dən - Xəbərdarlıq
02 Sentyabr 2026 14:06
DİN-dən aldadıcı zənglərlə bağlı ÇAĞIRIŞ
02 Sentyabr 2026 14:05
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
02 Sentyabr 2026 14:04


Bakı -°C

