Bu rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Yanvarın 3-ü saat 11:00-a olan məlumata əsasən yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.
Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Aran rayonlarında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək, yüksək dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər
24 Aprel 2026 17:31
Bakıda Atatürk və Antena parkları birləşdirilir - FOTOLAR
24 Aprel 2026 17:15
Küləyin sürəti güclənir - FAKTİKİ HAVA
24 Aprel 2026 16:11
Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək
24 Aprel 2026 15:20
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
24 Aprel 2026 12:31
Sabah Bakıda yağış yağacaq
24 Aprel 2026 12:25
Ağcabədidə Kür çayında yarılan bənd bərpa edildi
24 Aprel 2026 12:13
15 hektar ərazi Ələt azad iqtisadi zonasına verildi - SƏRƏNCAM
24 Aprel 2026 10:11


Bakı -°C

