"Bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub" - Kamran Əliyev

"Heydər Əliyev iyirminci və iyirmi birinci əsrlərdə Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas edərək ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa edib".
Aalet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.
O bildirib ki, ölkə başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub".
Digər Xəbərlər

Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür

AKTUAL GÜNDƏM: 5 il ərzində Azərbaycanda mühüm dəyişiklik olacaq - VİDEO

Ötən ay dövlət sərhədini pozan 20 əcnəbi saxlanılıb

Ordumuz döyüş atışları icra etdi - VİDEO

Prezident rəsmi açılışda iştirak edib - YENİLƏNİB

Rusiyanın öz başına hördüyü “Hörümçək toru”...

“Qərbi Azərbaycan”a xoş gəlmisiniz"-Simonyan erməniləri qəzəbləndirdi
