Narkokuryerliyə cəlb olunan tanışlarda narkotik və silah aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdiklən əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıqları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar.
Əlavə olaraq, K.Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah-sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək xəbərdarlıq edib: "Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak — insan həyatını və gələcəyini məhvə sürükləyir. Sosial şəbəkələr vasitəsilə vədlərlə cəlb olunan şəxslər öz azadlıqlarını riskə atmaqla yanaşı, cinayət məsuliyyəti daşıdıqlarını da unutmamalıdırlar".
Digər Xəbərlər

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

DTX və DMX qanunsuz dini təbliğat aparan əcnəbilərlə bağlı tədbir gördü

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi

Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular - Polis ifşa etdi - VİDEO

Kartlardan daha 10 min manat pul oğurlandı
