Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Adalet.az xəbər verir ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Digər Xəbərlər

Aprel döyüşləri zamanı aldığı tapşırıqları sadaladı

Keçmiş məhkumdan 2 kiloqram heroin götürüldü

Lerikdə itkin düşmüş şəxs qəsdən öldürülüb - BİRGƏ MƏLUMAT

74 yaşlı qadına qarşı zorakılıq və quldurluq edən şəxs saxlanıldı

Kartlardan 9 min manatdan çox pul oğurlandı

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
