Bu şərtlə Rusiya ilə diplomatik əlaqələri bərpa edə bilərik - Kobaxidze
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/11jpg-1739282257.jpg)
Rusiya ilə diplomatik əlaqələr Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən qurula bilməz.
Adalet.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” həftəlik nəşrinə müsahibəsində bildirib.
"Bizim diplomatik əlaqələrimiz yoxdur və Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən olmayacaq. Lakin yenə də biz praqmatik siyasət yürüdürük. Praqmatizm olmadan Gürcüstan əlbəttə ki, sağ qala bilməz", - o bildirib.
İ.Kobaxidzenin sözlərinə görə, bu, ölkə tarixinin əsas dərslərindən biridir. Eyni zamanda, Baş nazir qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı münasibətlərdə konkret istiqamətlər var: "Ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən diplomatik əlaqələr, əlbəttə ki, bərpa olunmayacaq. Bu, təkcə siyasi deyil, həm də hüquqi məsələdir".
O bildirib ki, Gürcüstan və Rusiya arasında hələ də diplomatik əlaqələr, siyasi əlaqələr, təmaslar yoxdur, “ona görə də kommunikasiyanın bu hissəsi, sadəcə son dərəcə məhduddur”.
"Lakin bizim ticari, iqtisadi əlaqələrimiz var, bu gün vəziyyət belədir və biz münasibətlərimizdəki bu mənzərəni qoruyub saxlamaq niyyətindəyik", - Baş nazir əlavə edib.
Rusiya bu gün Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 5,4 % artaraq 5,4 milyard dollar təşkil edib. 2024-cü ildə Gürcüstan məhsullarının ixracında Rusiyanın payı 10,8 % təşkil edib. Rusiyadan idxal olunan malların payı isə ümumi idxalın 11,2 %-ni təşkil edib.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/10jpg-1739281387.jpg)
"Qəzza razılaşmasının taleyi İsraildən asılıdır" - HƏMAS
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/33jpg-1739280190.jpg)
Türkiyə Suriyadan məhsul idxalına qoyulan qadağanı aradan qaldırdı
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/32jpg-1739279459.jpg)
Ukrayna bərpa üçün Yaponiyadan qrant istəyib
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/31jpg-1739279128.jpg)
Rusiya Ukraynanın itkilərini yenilədi
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/33jpg-1739266623.jpg)
"Ukraynanın bir hissəsi Rusiyaya çevrilib" - Kreml
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/31jpg-1739266269.jpg)
Baham adalarında köpək balıqları turistlərə hücum etdi
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/27jpg-1739263672.jpg)
"Ermənistan çətin ki, Rusiyanın vasitəçilik səylərini qəbul etsin" - Simonyan
![](https://adalet.az/uploads/img/posts/2025/02/10/l-v5KZMbpQTEjpg-1739206320.jpg)