Bu şəxslər iki min manat cərimələnəcək
Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyənlər cərimələnəcək.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilməsi təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
04 Fevral 2025 17:08
TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib
04 Fevral 2025 11:35Azərbaycanda 2025-ci il üzrə ipoteka üçün limitlər ayrılıb
03 Fevral 2025 16:07Bu şəxslərə yaşayış sahələri veriləcək
03 Fevral 2025 16:02İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edildi
03 Fevral 2025 15:32