Bu şəxslərə sosial-pedaqoji xidmət göstəriləcək

Qanuna yeni xidmət növü əlavə edilir.
Adalet.az xəbər verir ki, dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 23-cü maddəsinə dəyişiklik təklif edilir.
Hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilmişdir. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilmişdir.
Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlmişdir. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır.
Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaqdır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Camaatın gözünə kül üfürməyin...

Sabah 41 dərəcə isti olacaq

Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - FOTO/VİDEO

Dənizkənarı ərazilərdə çirklənməyə qarşı polis nəzarəti gücləndirilib

Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərin sakinlərinin sağlamlığına qayğını gücləndirir - FOTOLAR

Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq

Tibb mütəxəssislərinin təkmilləşdirilməsi üçün yeni yanaşma
