Bu şəxslərin dini kəbinini kəsənlər cəzalandırılacaq
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə cəzalar müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
27 Sentyabr 2026 00:00
Azərbaycanda Anım Günüdür
26 Sentyabr 2026 20:30
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20
Prezident və ailəsi "Formula 1"də - FOTOLAR + YENİLƏNİB
26 Sentyabr 2026 16:46
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 Sentyabr 2026 12:37
FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO
26 Sentyabr 2026 09:41
"Dinin məktəbdə nə işi var?"
26 Sentyabr 2026 09:10


Bakı -°C

