Bu siqaretlə xərçəngin əlaqəsi aşkarlandı
Amerika universitetlərinin alimlər qrupu elektron siqaretlərin, o cümlədən veypinqin sinədə və bədənin başqa hissələrində şişlərin inkişafına imkan yaratdığını aşkarlayıblar.
Adalet.az Report-a istinadən xəbər verir ki, Yelsk, Con Hopkins və Prinston universitetlərinin tədqiqatçıları dişi siçanların üzərində testlər aparıblar. Onlardan bəziləri təmiz havada olub, digərləri isə elektron siqaretlərin buxarlarının təsirinə məruz qalıblar.
İki həftə sonra alimlər döş xərçəngi hüceyrələrinə iynələr vurublar. Məlum olub ki, şiş altı həftə ərzində tüstünün təsirinə məruz qalmış siçanlarda demək olar, iki dəfə sürətli böyüyüb.
Bundan başqa, heyvanlarda metastazların inkişafının yüksək riski əmələ gəlib.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19