adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 12:24
72
GÜNDƏM
A- A+

Bu tarixlərdə "ASAN xidmət" və "ASAN kommunal"da iş olmayacaq

Ramazan və Novruz bayramları ilə əlaqədar martın 20-29-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Adalet.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.