adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 13:31
83
DÜNYA
A- A+

Adanaya əlavə "Patriot" sistemi yerləşdirilir

Türkiyə Adanada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirir.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Patriot" sistemi Almaniyadakı Müttəfiqlərin Hava Komandanlığı (NATO AİRCOM) tərəfindən Adanada əlavə olaraq yerləşdirilir.

Qeyd edək ki, Türkiyə bundan əvvəl Malatyada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirib.