“Şoyqunun səsləndirdiyi statistika Rusiya vətəndaşlarını qorxutmalıdır...”
“Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə Rusiyanın infrastrukturuna hücumları əhəmiyyətli dərəcədə artırdığını bildirib. Onun sözlərinə görə, bu cür zərbələrin sayı təxminən dörd dəfə artıb. Sergey Şoyqu bildirib ki, son bir ildə müxtəlif obyektlərə 23 mindən çox hava hücumu həyata keçirilib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, bu kifayət qədər böyük rəqəmlərdir:
“Şoyqu qeyd edib ki, vəziyyət, xüsusən də vacib infrastrukturun qorunması sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir. Şoyqunun digər etirafına görə, Ukraynanın dron hücumlarından Rusiyanın heç bir bölgəsi, hətta uzaq Ural da sığortalanmayıb. Şoyqu açıqlamasını “bu məsələlər Prezident Vladimir Putin diqqət mərkəzindədir” cümləsi ilə bitirsə də, Ukrayna ilə müharibə dövründə ilk dəfə Rusiyanın yüksək rütbəli rəsmilərindən birinin dilindən həyəcan təbilinin çalındığını eşidirik”.
Onun sözlərinə görə, Şoyqu demək istəyib ki, Rusiya vətəndaşları ətraflarında partlayışların və ölənlərin davamına hazır olmalıdırlar:
“Şoyqunun səsləndirdiyi başqa bir statistika da Rusiya vətəndaşlarını qorxutmalıdır. Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ukrayna 2025-ci ildə Rusiya ərazisində 1830 diversiya törədib və bu 2024-cü illə müqayisədə 40 faiz, 2023-cü illə müayisədə isə 6.5 dəfə çoxdur. Rusiya üçün təhlükənin miqyasının artdığını rəqəmlərlə söyləyən rusiyalı rəsmi müharibənin necə sona çatdırılacağı ilə bağlı heç bir fikir söyləməyib. Şoyqu son açıqlamasıyla ya Prezidentinə işarə edir ki, vəziyyət gərgindir və müharibənin sona çatdırılması barədə düşünülməlidir, ya da Kremlin vətəndaşların daha ağır günlərə hazırlaşmaları barədə Kremlin sifarişini yerinə yetirir”.
Vasif


Bakı -°C

