adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 10:05
92
DÜNYA
A- A+

SEPAH-ın qərargahı məhv edildi

İsrail Müdafiə Qüvvələri gecə saatlarında İrana qarşı genişmiqyaslı hücum həyata keçirib.

Adalet.az xəbər verir ki, hücum zamanı İranın kritik infrastrukturu hədəfə alınıb.

“Hücuma məruz qalan hədəflər arasında İranda etirazlar və iğtişaşlarla mübarizə aparmaqdan məsul olan İnqilab Keşikçilərinin (SEPAH) Təhlükəsizlik Xidmətinin qərargahı, Daxili Təhlükəsizlik Qüvvələrinin Baş Təchizat və Yardım Bölməsinin Texniki Xidmət Mərkəzi və ballistik raket sistemləri ilə əlaqədar qərargah var”, - İsrail KİV bildirib.

İran mediası da səhər saatlarında Fərdis, Mallard, Kirmanşah və Kazerunda hava hücumları fonunda silsilə partlayışlar barədə məlumat yayıb.