adalet.az header logo
  • Bakı -°C
17 Mart 2026 18:44
95
DÜNYA
A- A+

Müharibə iyuna qədər davam edərsə, dünyanı nə gözləyir?

Yaxın Şərqdəki münaqişə iyun ayına qədər davam edərsə, dünyada aclıq çəkən insanların sayı 45 milyon arta bilər.

Adalet.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktorunun müavini Karl Skau bildirib.

O, Cenevrədə keçirilən mətbuat brifinqində bildirib ki, "müharibə qlobal aclığı rekord səviyyəyə çatdıracaq və bu, dəhşətli bir perspektivdir".

Skau qeyd edib ki, "dünyada 319 milyon insan artıq kəskin qida çatışmazlığından əziyyət çəkir", bu, cəmi beş il əvvəlkindən üç dəfə aşağı rekord səviyyədir.