“Milan” onunla yolları ayırır
İtaliyanın “Milan” klubu portuqaliyalı ulduz hücumçusu Rafael Leaunu yay transfer pəncərəsində satmaq qərarına gəlib.
Adalet.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, klubun bu qərarına səbəb futbolçunun A Seriyasının XXIX turunda “Latsio” ilə oyundakı (0:1) intizamsızlığı olub.
Martın 15-də baş tutan matçın 66-cı dəqiqəsində əvəzlənən 26 yaşlı forvard buna sərt reaksiya göstərərək həm komanda yoldaşlarını itələyib, həm də baş məşqçi Massimiliano Alleqriyə qarşı hörmətsizlik nümayiş etdirib.
Klub rəhbərliyi Leaunun davranışından sonra onunla yollarını ayırmağı planlaşdırır. Portuqaliyalının müqaviləsində 170 milyon avroluq sərbəstqalma maddəsi olsa da, “rossonerilər”in 80 milyon avrodan başlayan təklifləri ciddi şəkildə dəyərləndirəcəyi bildirilir.
Digər Xəbərlər
17 Mart 2026 17:24
Azərbaycan çempionatında növbəti üç turun oyun cədvəli
17 Mart 2026 12:36
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02


Bakı -°C

