Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
AFFA-dan Adalet.az-a verilən məlumata görə, o, Konfrans Liqasının 1/8 final mərhələsində Kiprin AEK (Larnaka) və İngiltərənin “Kristal Pelas” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb.
Digər Xəbərlər
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02
"Turan Tovuz" – "Zirə" və "Qarabağ" – "Sabah" oyunları eyni gündə olacaq
15 Mart 2026 09:01
Qurban Qurbanova ÇL-dən sonra təkliflər gəlib?
14 Mart 2026 21:23


Bakı -°C

