Nağd pulla ev alanlara bu qədər ƏDV qayıdıb
Bu il martın 1-nə qədər Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 90,7 milyon manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
Adalet.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə müvafiq portal üzərindən vətəndaşlardan ümumilikdə 28 237 müraciət daxil olub. Bu müraciətlərdən 17 072-si üzrə ƏDV-nin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9 234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və yaxud ödəniş üzrə əməliyyatlar uğursuz olub.
Bu ilin yanvar-fevral aylarında isə portal vasitəsilə ümumilikdə 1 265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və yaxud əməliyyatlar uğursuz olub.
Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:
1. Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;
2. Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;
3. Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;
4. Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.
Ödənişn tam və yaxud bir hissəsini alıcı deyil, başqa şəxs apardıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır.
Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun qaydada təqdim etmələrini tövsiyə edir.
Portal istifadəyə verildikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3 914 sayda müvafiq məlumat forması təqdim edilib. Bu istiqamətdə vergi orqanları müvafiq monitorinq və təhlil işləri aparır.
Digər Xəbərlər
21 Avqust 2026 12:11
“Zəngəzur” elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır - VİDEO
20 Avqust 2026 13:46
Ölkəmiz daha bir tranzit marşrutuna YOL AÇDI - YENİLƏNİB
20 Avqust 2026 10:40
“Azərbaycanın qeyri-neft ixracını daha da genişləndirmək üçün böyük potensialı var”
19 Avqust 2026 17:52
Ermənistana yenə buğda göndərildi - YENİLƏNİB
19 Avqust 2026 13:37
Azərbaycan alma ixracından gəlirini 7 % artırıb
19 Avqust 2026 10:22
“Azərbaycanın qeyri-neft ixracını daha da genişləndirmək üçün böyük potensialı var”
19 Avqust 2026 09:42
“Azeri Light” bu gün neçəyə satılır?
18 Avqust 2026 11:11


Bakı -°C

