Bu təqaüdlər artırıldı

"Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir".
Adalet.az xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, “Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir:
"2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüdün məbləği də artırılıb. Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.
Digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq".
Digər Xəbərlər

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanda sahibkarlar bu məsuliyyətdən azad edilir

Bu lampaların satışı qadağan olunur

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

"Pensiya yaşına 2 il qalmış vətəndaşlar işdən çıxarılmasın" - Deputat

Qafqazın ilk metrosu: Tbilisi, Bakı, yoxsa İrəvan?

Naxçıvandan Bakıya onlayn bilet satışına başlanıldı
