Bu tibb işçilərinə vergi güzəştləri olacaq

Tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə vergi güzəştləri veriləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, bu şəxslərə ƏDV güzəştləri tətbiq ediləcək. Başqa sözlə, tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə ilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə edilməlidir.
Qeyd edilib ki, səhiyyə sahəsi üzrə kölgə iqtisadiyyatının mövcudluğunu şərtləndirən əsas amillərdən biri tibbi xidmətlərə görə ödənişin nağd şəkildə əldə edilməsidir. Bu isə eyni zamanda dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarır.
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
