"Bu vəziyyət bizi ciddi şəkildə narahat edir" - Lavrov
İran ətrafındakı münaqişə qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərir.
Adalet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Yaxın Şərqdəki, o cümlədən Fars körfəzi regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Bir tərəfdən İran, digər tərəfdən isə ABŞ və İsrail arasında yaranmış vəziyyətlə bağlı diplomatik razılaşmaların əldə edilməsi perspektivlərini müzakirə etdik. Bu vəziyyət bizi ciddi narahat edir. Problem bütün qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərir", - deyə Lavrov Şərqi Timorun xarici işlər naziri Bendito Freytaşla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Lavrov ümidvar olduğunu bildirib ki, regionun bir çox ölkəsi – xüsusilə Misir, Pakistan, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən göstərilən vasitəçilik səyləri vəziyyətin diplomatik və siyasi məcrada qalmasına kömək edəcək.
Digər Xəbərlər
06 Oktyabr 2026 15:42
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
06 Oktyabr 2026 12:43
"Ermənistan-Türkiyə sərhədinin tezliklə açılacağını gözləyirik" - Paşinyan
06 Oktyabr 2026 11:18
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
06 Oktyabr 2026 11:07


Bakı -°C

