"Bu, yaşayış minimunun artırılması üçün imkanlar yaradacaq" - Deputat

""Yaşayış minimumu haqqında" qanunda dəyişiklik edilir. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi.
"Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir".
Nicat
Digər Xəbərlər

Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisində uyğunsuzluq aşkarlanıb

“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub

Bu malların siyahısı təsdiqlənəcək

Özəl pensiya fondları vətəndaşlara nə qazandıracaq? - AÇIQLAMA

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
