adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Avqust 2022 13:09
1944
AVTOMABİL

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə

Bu gün saat 00:00-dan sabah saat 22:00–a qədər Bakının Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.