Bu yolda hərəkət tam məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq.
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Paytaxtın bəzi yollarında işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib

Hazırda Bakı yolları - SİYAHI

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir

Bu avtobuslar 5 ay sonra fəaliyyətini bərpa edir

Bu yollarda sıxlıq var - SİYAHI
