Bu yolda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır - VİDEO

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.
Adalet.az xəbər verir ki, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.
Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.
Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ gərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Digər Xəbərlər

Prezident ailəsi ilə “Sea Breeze”də - FOTOLAR + YENİLƏNİB

Bəzi çaylarda suyun səviyyəsi artıb

Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 il keçib...” - VİDEO
