Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Adalet.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.
Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.
AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.
Digər Xəbərlər
12 Noyabr 2026 17:31
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 13:52
Bursada Bəxtiyar Vahabzadə adına meşə salındı
12 Noyabr 2026 12:04
Sabah pensiyalar ödəniləcək
12 Noyabr 2026 10:53
Baş nazirin müavini kimi ilk dəfə COP31-də çıxış etdi
12 Noyabr 2026 10:49
“Biganəlik bəzən zorakılığın özü qədər ağır nəticələr doğurur”
12 Noyabr 2026 00:10
Azərbaycanda Konstitusiya Günüdür
11 Noyabr 2026 20:21
Leyla Əliyeva Azərbaycan pavilyonunda - FOTOLAR
11 Noyabr 2026 19:27


Bakı -°C

