adalet.az header logo
  • Bakı 32°C
  • USD 1.7
07 Iyun 2022 09:30
1238
AVTOMABİL

Bu yollarda sıxlıq var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Adalet.az-a  bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində– Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq

3. Binəqədi şosesində - Biləcəri-Baksol yolu yolu ilə kəsişmədən Azadlıq prospekti metro stansiyasının istiqamətində sıxlıq

4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

5. Ziya Bünyadov prospekti Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq

6. Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. 28 May küçəsinin, Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Dilarə Əliyeva küçəsinin, Puşkin küçəsi ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq

9. Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

10. Yusif Səfərov küçəsinin, Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

11. Şəmsi Bədəlbəyli küçəsinin, Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

12. Rəşid Behbudov küçəsinin, 28 May küçəsi ilə kəsişməsindən, Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

13. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq

14. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq