"Bu zəfər xalqımızın birliyini gücləndirdi" - MÜSAHİBƏ

Budəfəki müsahibimiz ictimai-siyasi həyatında fərqlənən, fəal gənc Cəfər Muxtarzadədir. Cəfər Muxtarzadə dövlətinə və xalqına şərəflə xidmət edən Azərbaycanın ziyalı gəncidir. O, İngilis dilində təhsil alaraq, Britaniya, Finlandiya və Macarıstan universitetlərində, bakalavr, magistr və doktorantura dərəcələrini İqtisadçı-Maliyyə və Mühasibatlıq, Beynəlxalq Strateji İdarəetmə və Biznesin İdarəetməsi ixtisasları üzrə bitirmişdir. Universitetlə yanaşı Macarıstan dövləti üzrə təcrübəli mühasib “Etibarlı İctimai Mühasib” adı verilən diplomuna layiq görülmüşdür. Xaricdə yaşadığı dövrlərdə bir çox yüksək dərəcəli Amerika, Avropa şirkətlərində çalışmışdır və həmin şirkətlərdə İdarə heyətinin üzvü, rəhbər vəzifələrdə xidmət etmişdir. Xarici ölkələrdə yaşadığı dövrlərdə mütəmadi olaraq səfirliyimizin, diasporamızın əməkdaşları ilə əlaqə saxlayıb keçirilən tədbirlərə daim öz töhfəsini vermişdir. 44 günlük müharibəsində həmyerlilərimizlə həmdə bizim siyasətimizi dəstəkləyən xaricilərlə birlik yaratmış və vətənimiz, millətimiz üçün xeyirli olacaq bir çox lahiyələri idarə etmişdir.
- Cəfər bəy xoş gördük sizi. Məlumdur ki, xaricdə təhsil almış Azərbaycanın gənc ziyalısısınız. Orada yaşayan azərbaycanlılar vətənlə bağlılıqlarını necə qoruya bilərlər?
-Xaricdə təhsil almaq və yaşamaq, bir gəncin həm şəxsi inkişafını, həm də vətənə bağlılığını müxtəlif aspektlərdən nəzərdən keçirməsini tələb edir. Bu proses, xüsusən də Azərbaycan kimi zəngin tarixi və mədəni irsə malik bir ölkədən olan gənclər üçün, vətənpərvərlik hisslərinin daha da dərinləşməsi ilə nəticələnir. Təhsil aldığım müddətdə, mənim vətənə olan sevgi və bağlılığım yalnız hər hansı bir konkret hadisəyə deyil, Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərləri ilə daha yaxından tanış olmaqla artırdı. İştirak etdiyim bir çox tədbirlərdə xaricdə yaşayan həmyerlilərimiz hər biri bir fərd olaraq diplomat olduğunu düşünməlidir, cümləsi ilə çıxışlarıma başlayırdım. Çünki, hər kəs özündə olan məsuliyyəti hiss etməli, ona görə davranmalı və öz ölkəsini sadəcə gördüyü işlərlə deyil, həm də şəxsi keyfiyyətləri ilə, öz davranışları ilə təmsil etməlidir. Xaricdə yaşamazdan əvvəl mənim vətənpərvərlik hisslərim çox güclü idi. Lakin, xaricdə təhsil aldığım və çalışdığım müddətdə bu hisslər daha da dərinləşdi. Öz ölkəmdən uzaqda olarkən, Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərləri mənim üçün daha da əhəmiyyətli oldu. Fərqli mədəniyyətlərlə qarşılaşmaq, öz milli kimliyimi daha yaxşı anlamağıma və bu dəyərləri beynəlxalq müstəvidə təbliğ etmək istəyimi artırdı. Buna görə də bir çox diplomatik tədbirlərdə öz ölkəmi təmsil etdim və diplomatiya sahəsində özümə olan inamımın daim artdığını hiss etdim. Bu zaman ərzində, bizə qarşı düşmən mövqeyində olan erməni və ermənipərəst xaricilərdən aqresiya ilə üzləşdim. Bu çətinliklərə baxmayaraq, hər zaman başucalığı ilə öhdəsindən gəldim və bu, mənim diplomat olaraq təcrübəmi artırdı. Kiçik yaşlarımdan diplomatik məsələlərlə maraqlanmağım mənim daha da yetişməyimə və yaşanan hadisələrdən öz güvənli bir peşəkar diplomat təcrübəsini qazandırdı, vətənə olan sevgimi isə hər gün daha çox sübut etməyimə səbəb oldu. Şübhəsiz ki, hər bir vətəndaş üçün öz ölkəsinin onu xaricdə belə qorumasını hiss etmək, Ali Baş Komandanımızın həyata keçirdiyi siyasətin uğurlu olduğunu nümayiş etdirən bir nümunədir. Ermənipərəstlərlə diplomatik apardığım mübarizələr sırasında, 44 günlük Qarabağ müharibəsi zamanı həmrəyliyimizin gücləndiyi və həmçinin siyasətimizi dəstəkləyən xaricilərlə birlik yaradaraq vətənimiz və millətimiz üçün faydalı bir çox layihəyə rəhbərlik etməyim ən çox qürur duyduğum anlardan biri oldu. Qarabağ işğalından əvvəl və Qarabağ işğaldan azad olduqdan sonra ölkəmi təmsil etməyin necə bir hiss olduğunu isə yalnız yaşamaqla dərk etmək mümkündür. Son olaraq, məncə, xaricdə yaşayan azərbaycanlılar vətənlə bağlılıqlarını qorumaq üçün milli dəyərlərə sadiq qalmalı, Azərbaycanın uğurlarını təbliğ etməli və diaspor təşkilatlarında fəal iştirak etməlidirlər. Həmçinin, Azərbaycanın tarixi və mədəni irsini beynəlxalq tədbirlərdə tanıtmaq, milli mənsubiyyətimizi gücləndirən əsas addımlardan biridir.
- Sizcə, müasir dünyada vətənpərvərlik yalnız vətən sevgisi ilə bağlıdır, yoxsa eyni zamanda dövlətə töhfə vermək anlamını da əhatə edir?
- Vətənpərvərlik müasir dünyada təkcə vətən sevgisindən ibarət deyil. Bu hiss həm də dövlətin inkişafına töhfə vermək, milli maraqlar uğrunda fədakarlıq etmək anlamını daşıyır. İqtisadi, sosial və elmi sahələrdə əldə olunan nailiyyətlər dövlətə olan sevginin praktik ifadəsidir. Əgər biz, fərd olaraq, bilik və bacarıqlarımızla dövlətimizin güclənməsinə töhfə verə biliriksə, vətənpərvərlikdir. Lakin, savadlı olmaqdan da önəmli olan müasirlik kəliməsinin anlamını doğru şəkildə qavrayaraq, həyatın bizə nə üçün verildiyini, ailə dəyərlərini, bizdən yaşda böyüyü də, kiçiyi də dinləməli, hörmət etməli, mənəviyyatımızın və mentalitetimizin hardan gəldiyini anlayayıb qorulmalıyıq. Eyni zamanda türk millətinin tarixini dahada dərindən öyrənənməliyik. Bir türk necə yaşayıb və necə yaşamalıdır sualını özümüzə verməliyik.
- Gənclərin vətənpərvərlik ruhunu daha da gücləndirmək üçün hansı addımlar atılmalıdır?
- İlk növbədə təhsil sistemində bu istiqamətə xüsusi diqqət ayrılmalıdır. Tariximizin qəhrəmanlıq səhifələri gənclərə ilham mənbəyi kimi təqdim edilməli, müasir texnologiyalardan istifadə edərək vətənpərvərlik mövzulu interaktiv proqramlar hazırlanmalıdır. Həmçinin milli bayramların, tarixi anım günlərinin qeyd olunması və gənclərin ictimai işlərdə fəal iştirakı bu ruhun gücləndirilməsinə böyük təsir göstərir. Qeyd etmək istəyərdim ki, xarici ölkələrə gənclərin dövlət hesabına təhsil almağa göndərilməsi, prezident mükafatının ayrılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında üstünlük verilməsi möhtərəm prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
- Sizcə, vətənpərvərlik sırf tarixi hadisələrə söykənməlidir, yoxsa müasir innovasiya və texnoloji nailiyyətlər də bu hissi inkişaf etdirə bilər?
- Vətənpərvərlik həm tarixi hadisələrə, həm də müasir innovasiya və texnoloji nailiyyətlərə əsaslanmalıdır. Tarixi keçmişimizdən öyrəndiyimiz dərslər milli kimliyimizi gücləndirir, lakin müasir dövrün tələbləri yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Azərbaycan startap ekosistemində və süni intellekt kimi sahələrdə liderlik edərək, milli ruhu texnoloji nailiyyətlərlə birləşdirə bilər.
- Cəfər bəy, Azərbaycan Ordusunu müasir dünyada necə görürsünüz? Ordumuzun beynəlxalq standartlara uyğun inkişafını necə qiymətləndirirsiniz?
- Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusudur. Beynəlxalq standartlara uyğun olaraq həyata keçirilən modernləşmə siyasəti, texnoloji yeniliklərin tətbiqi və yüksək ixtisaslı kadrların hazırlanması ordumuzun qlobal səviyyədə rəqabətədavamlı olmasını təmin edir. Bizim ordumuz müasir silahlarla təchiz olunub və hərbi doktrina ən müasir yanaşmalarla təkmilləşdirilir.
- Vətən Müharibəsi Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Sizcə, bu qələbə vətənpərvərlik hissinə necə təsir göstərdi?
- Vətən Müharibəsi yalnız hərbi qələbə deyil, eyni zamanda milli birlik və vətənpərvərlik nümunəsi oldu. Bu zəfər xalqımızın birliyini gücləndirdi, gənclər arasında milli ruhu yüksəltdi və tarixi ədalətin bərpasını simvolizə etdi. Hər kəs bu qələbənin bir hissəsi olduğunu hiss etdi və bu, gələcək nəsillərin vətənpərvərlik hisslərini formalaşdırmaq üçün güclü təməldir.
- Orduda müasir texnologiyaların tətbiqi və innovativ həllər gəncləri daha çox necə cəlb edə bilər?
- Müasir texnologiyaların tətbiqi gənclərin hərbi xidmətə marağını artırmaq üçün əhəmiyyətli bir vasitədir. Süni intellekt, dron texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal kommunikasiya sahəsindəki yeniliklər gənclərin diqqətini çəkir və onların maraqlarını orduda praktiki tətbiqlərə yönəldir. Bundan əlavə, texnologiyadan istifadə edərək simulyasiya proqramları, təlim sistemləri və virtual reallıq tətbiqləri gənclərə daha müasir, interaktiv bir təcrübə təqdim edə bilər.
- Azərbaycan Ordusunun qazandığı qələbələr gələcək nəsillərə hansı mesajları verir?
- Azərbaycan Ordusunun qazandığı qələbələr gələcək nəsillərə milli birliyin, iradənin və vətənpərvərliyin gücünü göstərir. Bu zəfərlər gənclərə tariximizi unutmamaq, ölkəmizin müstəqilliyini qorumaq və gələcəkdə bu dəyərləri müdafiə etmək məsuliyyətini ötürür. Qələbələr həm də nəsillərə göstərir ki, müasir texnologiya, strateji düşüncə və milli birliklə hər bir məqsədə nail olmaq mümkündür.
- Xaricdə təhsil aldıqdan sonra vətənə qayıtmağınız sizin üçün hansı mənəvi dəyərə sahib idi?
- Bu mənim üçün yalnız bir qərar deyil, həm də mənəvi bir vəzifə idi. Öyrəndiyim bilik və təcrübələri öz xalqımın inkişafı üçün istifadə etmək əsas məqsədim idi. Vətənə qayıtmaq, milli dəyərlərə sadiq qalmaq və dövlətimizin güclənməsinə öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir.
- Xaricdə təhsil almış gənclərin Azərbaycanda vətənə töhfə vermək üçün hansı sahələrdə çalışması daha önəmli, vətən üçün faydalı ola bilər?
- Gənclərin diplomatiya, iqtisadiyyat, texnologiya, təhsil, səhiyyə və innovasiya kimi sahələrdə çalışması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Onlar bu sahələrdə beynəlxalq təcrübəni yerli reallıqlara uyğunlaşdıraraq yeni yanaşmalar təqdim edə bilərlər. Xüsusilə startap ekosistemi və texnologiya sektoru Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün vacib sahələrdən biridir.
- Xaricdə təhsil alan azərbaycanlıların Azərbaycan Ordusuna və dövlət qurumlarına töhfə verə biləcəyi istiqamətlər hansılardır?
- Xaricdə təhsil alan gənclərimiz, xüsusilə hərbi texnologiya, kibertəhlükəsizlik, strateji idarəetmə və beynəlxalq hüquq sahələrində dərin biliklərə sahibdirlər. Bu sahələrdəki təcrübələr ordunun modernləşməsinə və dövlət qurumlarının effektivliyinin artırılmasına böyük töhfə verə bilər. Həmçinin, diplomatiya və beynəlxalq əlaqələr sahəsində əldə etdikləri biliklər dövlətimizin qlobal mövqeyinin gücləndirilməsində mühüm rol oynaya bilər.
- Gənclər arasında hərbi xidmətə marağın artırılması üçün hansı tədbirlər görülməlidir?
- Hərbi xidmətə marağı artırmaq üçün təbliğat işləri müasir yanaşmalarla aparılmalıdır. Sosial mediada cəlbedici mövzular paylaşmaq, hərbi xidmətin üstünlüklərini nümayiş etdirmək, hərbi təlimlərin maraqlı və interaktiv olması üçün simulyasiya texnologiyalarından istifadə etmək vacibdir. Həmçinin, gənclərə orduda karyera qurmaq perspektivləri təqdim olunmalı və onların inkişafı üçün xüsusi proqramlar yaradılmalıdır.
- Gənclərin beynəlxalq sferada Azərbaycan Ordusu haqqında düzgün təsəvvür formalaşdırması üçün hansı addımlar atılmalıdır?
- Beynəlxalq sferada düzgün təsəvvür yaratmaq üçün PR kompaniyaları, xarici media ilə əməkdaşlıq və beynəlxalq tədbirlərdə fəal iştirak vacibdir. Həmçinin, gənclərimizə Azərbaycanın hərbi uğurları, innovativ texnologiyalar və insan hüquqlarına hörmətlə bağlı məsələlər haqqında məlumat verərək onları bu mesajların səfiri kimi hazırlamaq mümkündür.
- Xaricdə təhsil almış gənclərin hərbi sahədə xidmət etməsi və innovativ layihələrdə iştirakı nə qədər əhəmiyyətlidir?
- Xaricdə təhsil almış gənclər müasir texnologiyaları və innovativ yanaşmaları Azərbaycana gətirərək hərbi sahənin inkişafına böyük töhfə verə bilərlər. Onların təcrübəsi ordunun modernləşdirilməsində, kibertəhlükəsizlik strategiyalarının yaradılmasında və beynəlxalq hərbi əməkdaşlıqda böyük əhəmiyyət daşıyır. Həmçinin, bu gənclər Azərbaycanın qlobal mövqeyini gücləndirmək üçün yeni layihələrə rəhbərlik edə bilərlər.
- Müasir vətənpərvərlik yalnız qəlbdə bir hiss olaraq qalmalı, yoxsa elmi, iqtisadi və hərbi inkişafla birləşdirilməlidir?
- Müasir vətənpərvərlik qəlbdə bir hiss olmaqla yanaşı, həm də elmi, iqtisadi və hərbi inkişafla birləşdirilməlidir. Bu mütləq vəhdəd halını almalıdır. Vətən sevgisi yalnız emosional bağlılıqdan ibarət deyil; o, həm də ölkəmizin inkişafına real töhfələr vermək, beynəlxalq səviyyədə tanınmasına nail olmaq və müasir texnologiyaların tətbiqi ilə gələcək nəsillərə daha güclü bir Azərbaycan miras qoymaqdır.
- Xaricdə əldə etdiyiniz təcrübələr Azərbaycanda dövlət qurumlarında və ya ordu ilə bağlı hansı layihələrə töhfə verə bilər?
- Xaricdə əldə etdiyim təcrübələr, xüsusilə idarəetmə, layihə planlaşdırması və müasir texnologiyaların tətbiqi sahələrində Azərbaycanda dövlət qurumları və orduda yeni təşəbbüslərin reallaşdırılmasına töhfə verə bilər. Məsələn, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, proseslərin avtomatlaşdırılması, kiber təhlükəsizlik layihələri və strateji idarəetmə modelləri üzrə beynəlxalq təcrübələrimiz, Azərbaycanın müasir ehtiyaclarına uyğun şəkildə inteqrasiya oluna bilər.
- Sizcə, Azərbaycan Ordusunun gücünü daha da artırmaq üçün beynəlxalq təcrübələrdən hansı dərsləri götürməliyik?
- Azərbaycan Ordusunun gücünü artırmaq üçün beynəlxalq təcrübələrdən kibermüharibə, hərbi texnologiya və strateji planlaşdırma sahələrində dərslər götürmək vacibdir. Həmçinin NATO standartlarına uyğun təlim proqramları, simulyasiya texnologiyalarının tətbiqi və beynəlxalq hərbi əməkdaşlıq Azərbaycanın ordusunu daha da gücləndirə bilər. Həmçinin, hərbi təlimlərdə psixoloji hazırlığın artırılması və komandalararası koordinasiyanın təkmilləşdirilməsi müasir dövrün tələblərinə cavab verir.
- Bəs sizcə vətənpərvərlik xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün hansı formada təbliğ edilməlidir?
- Vətənpərvərlik xaricdə yaşayan azərbaycanlılar üçün milli mədəniyyətin, dilin və dəyərlərin təbliği vasitəsilə ön plana çəkilməlidir. Beynəlxalq tədbirlərdə Azərbaycanın uğurlarını və tarixini tanıtmaq, diaspor təşkilatlarında aktiv iştirak etmək və milli mədəniyyətimizi xarici dostlarımızla bölüşmək bu sahədə əsas vasitələrdən biridir. Eyni zamanda, sosial media vasitəsilə müasir və innovativ yollarla vətən sevgisini təbliğ etmək də təsirli üsullardandır.
- Bu il bildiyimiz kimi, Konstitusiya və Suverenlik ilidir. Suverenlik ili çərçivəsində gənclər hansı məsuliyyəti daşımalıdır?
- Gənclər milli dəyərlərə sadiqliyi nümayiş etdirməli, təhsil və peşə sahələrində yüksək nəticələr əldə edərək ölkəmizin inkişafına töhfə verməlidirlər. Həmçinin, gənclər beynəlxalq arenada Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyən səfir rolunu oynamaq məsuliyyətini daşıyırlar. Bu, həm ölkədaxili, həm də beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını qorumaq üçün müasir biliklərdən istifadə etməyi tələb edir.
- Suverenlik anlayışı yalnız siyasi müstəqilliklə bağlıdır, yoxsa daha geniş mənaya malikdir?
- Suverenlik anlayışı yalnız siyasi müstəqilliklə məhdudlaşmır, o, həm də iqtisadi, mədəni, texnoloji və sosial sahələrdə özünü idarəetmə gücünü əhatə edir. Suverenlik, xalqın öz taleyinə sahib çıxması, beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi tanınması və milli maraqların qorunması deməkdir. Müstəqillik yalnız siyasi suverenliklə deyil, iqtisadi müstəqillik və milli təhlükəsizliklə də möhkəmləndirilməlidir.
- Azərbaycanda suverenliyin qorunması üçün gələcəkdə hansı prioritet sahələrə diqqət yetirilməlidir?
- Azərbaycanda suverenliyin qorunması üçün texnologiya və kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, hərbi gücün artırılması və iqtisadi diversifikasiya prioritet sahələr olmalıdır. Eyni zamanda, təhsil sahəsində beynəlxalq standartlara uyğun proqramların tətbiqi və milli dəyərlərin qorunması da önəmli istiqamətlərdir. Bütün bunlar Azərbaycanın müstəqilliyini möhkəmləndirən dayanıqlı baza yaradır.
- Gənc kadr olaraq “Suverenlik İli” çərçivəsində həyata keçirilən hansı tədbirləri daha vacib hesab edirsiniz?
- “Suverenlik İli” çərçivəsində gənclərin iştirakı ilə həyata keçirilən maarifləndirici tədbirlər, beynəlxalq forumlar və mədəniyyət festivalları çox vacibdir. Bu tədbirlər gənclərin suverenlik anlayışını daha dərindən dərk etməsinə və öz milli kimliyinə olan bağlılığını artırmasına şərait yaradır. Həmçinin, gənclərin innovativ layihələrə cəlb olunması və dövlət qurumları ilə əməkdaşlıq etməsi bu prosesdə önəmli rol oynayır.
- Sizin üçün Azərbaycan Respublikasının suverenliyi nə ifadə edir?
- Azərbaycan Respublikasının suverenliyi mənim üçün azadlığımızın, birliyimizin və gələcəyə olan inamımızın rəmzidir. Bu anlayış yalnız siyasi azadlığı deyil, həm də xalqımızın öz mədəniyyətini, tarixini və dəyərlərini qoruyub saxlamaq qabiliyyətini ehtiva edir. Suverenlik, ölkəmizin öz taleyinə sahib çıxması və beynəlxalq arenada bərabərhüquqlu mövqe tutması deməkdir.
Şəlalə CAMAL
Digər Xəbərlər
jpg-1708937882.jpg)
""Xocalı" deyəndə dəhşəti və çarəsizliyi xatırlayıram"- MÜSAHİBƏ
jpg-1739863912.jpg)
Rey Kərimoğlu:"Murovdağ şəhidlərinin xatirəsinə 2 abidə ucaldılsın ki..."

Günel Sadıqlı: “Pnevmoniya vaxtında müalicə edilərsə tam sağalma mümkündür” - MÜSAHİBƏ

Aygün Səfərova: “İİV infeksiyasının erkən diaqnozu uğurlu müalicə üçün son dərəcə vacibdir” - MÜSAHİBƏ

İbrahim İlyaslı: “Onu görəndə öz gəncliyimi xatırladım” - MÜSAHİBƏ
jpg-1739434543jpg-1739463452.jpg)
Mayor Abdullayev:"İlk şəhid kursantlara Həsənrizdə abidə ucaldılmalıdır"

İlham Əliyevin CGTN telekanalına müsahibəsi - Tam mətn
