adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Fevral 2023 12:13
427
ŞOU-BİZNES

Bülent  Ersoy şəxsiyyətinə zərər vurulduğunu düşünür

Türkiyənin İzmir şəhərində restoranların birində qadın və kişi tualetini ayırmaq üçün keçmişdə cinsiyyətini dəyişib qadına çevrilən Bülent Ersoyun şəkillərindən istifadə ediblər. Kişi tualetinin girişinə onun kişi halını, qadın tualetinin girişinə isə qadın formasını əks etdirən fotolar vurulub.

Adalet.az  türk mətbuatına istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə “Hətta tualet seçimi də çətindir bu həyatda” şərhiylə paylaşıldıqdan sonra gündəmə çevrilib.

Məsələdən xəbər tutan Ersoy şəxsiyyətinə zərər vurulduğu, qürurunun zədələndiyi və məsxərə olunduğunu üçün həmin restoranla bağlı məhkəməyə şikayət etməyi düşünür.

Əntiqə