"Bunların yayılması antimikrob müqavimətə gətirib çıxarır" - Qoşqar Təhməzli
“Hazırda qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunan beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, eləcə də yeni normaların hazırlanması işləri davam edir”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son dövrlər dünyada, o cümlədən ölkəmizdə aktual məsələ kimi işıqlandırılan antimikrob rezistentlik xüsusi narahatlıq yaradan problemlərdəndir: “Antibiotiklərə davamlı potagenlərin yaranması və yayılması antimikrob müqavimətə gətirib çıxarır. Bunun yaranmasına əsas səbəb kimi antibiotiklərin baytarlıq preparatlarının həddindən artıq kortəbii şəkildə istifadəsi, çirkab və suvarma üsulları vasitəsilə antibiotik və antibiotik davamlı bakteriyaların ətraf mühitə buraxılması nəticəsində təmiz içməli suya əlçatanlığın olmamasını göstərmək olar. Bu sahədəki problemlər ayrı-ayrılıqda deyil, birgə yanaşma ortaya qoyulmaqla həll olunmalıdır”.
Digər Xəbərlər
29 Dekabr 2025 10:47
Kəlbəcərdən maraqlı GÖRÜNTÜ - Ana-bala cüyürlər... - FOTO
29 Dekabr 2025 10:35
Bakıda meteor yağışı olacaq
27 Dekabr 2025 13:45
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi keçirildi - FOTOLAR
26 Dekabr 2025 20:28
Prezidentin qızları və gəlini şəhid övladları ilə bayram şənliyində - FOTOLAR
26 Dekabr 2025 19:55
Leyla Əliyeva Yevlaxda uşaqlara Yeni il şənliyi təşkil etdi - FOTOLAR
26 Dekabr 2025 19:05
"Mən qocalmışam, sizin kimi deyiləm" - Prezidentin səmimi dialoqu - VİDEO
26 Dekabr 2025 17:55
Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşdü - FOTOLAR
26 Dekabr 2025 17:15


Bakı -°C

