Çağırışçıların tibbi müayinələri bu kateqoriyalar üzrə aparılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çağırışçıların yekun tibbi müayinələri ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Adalet.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub:
"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı onlardan:
- sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası),
- sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası),
- dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası),
- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər.
Bu müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyİnin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində aparılır.
Mərkəz ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlardan istifadə edilməklə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən qeyd edilən çağırışçıların qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.
Yekun tibbi müayinələr nəticəsində çağırışçıya dair göndərişdəki yararsızlıq səbəbi eyni kateqoriya və ya fərqli kateqoriya üzrə təsdiqlənir, yaxud da göndərişdəki yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.
Bununla bağlı qəbul edilmiş qərar elektron sistemə daxil edilir. Çağırışçı həmin qərarla bağlı e-qaydada məlumatlandırılır.
Qeyd edək ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr 2024-cü ilin iyulun 1-dən Agentlik tərəfindən həyata keçirilir".
Digər Xəbərlər
17 Iyun 2026 17:03
Xəstəxanalarda qayda yaradılmalıdır...
17 Iyun 2026 14:55
Kardinal Corc Kuvakad Şəkiyə səfər edib
17 Iyun 2026 14:16
Rəqəmsal səyyahlara şad xəbər
17 Iyun 2026 12:38
Regionlardakı həkim çatışmazlığı məsələsi Milli Məclisdə qaldırıldı
17 Iyun 2026 12:17
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir
17 Iyun 2026 10:59
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
17 Iyun 2026 10:26
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd etdi
17 Iyun 2026 10:10


Bakı -°C

